Yay təlim-məşq toplanışı çərçivəsində “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olub.

Futbolinfo.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərinin qolunu Höccət Haqverdi vurub. Qonaqların heyətində isə Akinade fərqlənib.

Xatırladaq ki, “Qəbələ” yoxlama matçı çərçivəsində daha öncə “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlib.

Qəbələ təmsilçisi iyulun 25-də “Şəfa”, 31-də “İmişli” və avqustun 4-də “Şamaxı” ilə qarşılaşacaq.

Shares: