Bu gün futbol üzrə dünya çempionatına (DÇ-2026) yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, mundialın qapanış matçında son dünya çempionu Argentina millisi Avropa çempionu İspaniya ilə üz-üzə gələcək.

Qarşılaşma Nyu-Cersidəki“Metlayf” stadionunda keçiriləcək. Oyuna Bakı saat 23:00-da start veriləcək.

Argentina ardıcıl ikinci, ümumilikdə isə dördüncü dünya çempionluğunu qazanmağa çalışacaq. İspaniya isə tarixində ikinci dəfə mundialın qalibi olmaq uğrunda mübarizə aparacaq.

Shares: