“Mersedes” komandasının italiyalı sürücüsü Kimi Antonelli Formula 1 dünya çempionatının 10-cu mərhələsi – Belçika qran-prisinin təsnifat mərhələsinin qalibi olub.
Futbolinfo.az xəbər verir ki, yarışlar “Spa-Frankorşam” trasında keçirilir.
İkinci yeri “Red Bull”un niderlandlı pilotu Maks Ferstappen tutub, “Maklaren”dən olan britaniyalı Lando Norris isə üçüncü olub.
Əsas yarış bazar günü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
