4 qat MBA çempionu Lebron Ceyms 41 yaşında karyerasını davam etdirmək istəyinə görə ünvanına səslənən tənqidlərə münasibət bildirib.

Təcrübəli basketbolçu idmanda yaşla bağlı stereotiplərin hələ də mövcud olduğunu vurğulayıb: “İdmanda həmişə belə söhbətlər gedir: “Nə vaxt təqaüdə çıxacaq? Artıq vaxtıdır. O, qocalıb”. Amma niyə? Niyə hələ də işini yüksək səviyyədə görən insanları karyeralarını bitirməyə məcbur etməyə çalışırıq?”

Ceyms daha sonra musiqi dünyasından nümunə gətirərək fikrini əsaslandırıb: “Bryus Sprinqstin və Rollinq Stouns kimi əfsanələrə baxın. Onlar 50-60 ildir qastrol səfərlərinə çıxırlar. Heç kim də onlara “Şəhərimizə konsert verməyə gəlməyin” demir”.

Lebronun sözlərinə görə, insan sevdiyi işi yüksək səviyyədə görməyə davam edirsə, onu dayandırmaq üçün heç bir səbəb yoxdur: “Əgər biz hələ də özümüzü işimizə həsr ediriksə, idmana hörmətlə yanaşırıqsa, meydanda əlimizdən gələni ediriksə və eyni zamanda gəlir də gətiririksə, niyə olmasın? Mən hələ də basketbolu sevirəmsə, niyə oynamağa davam etməyim? Sadəcə bu fürsətdən mümkün qədər çox yararlanmağa çalışıram”.

Shares: