Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) – “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.
