“Neftçi” və “Aerowingo” arasında 3 illik əməkdaşlıq müqaviləsi imzalanıb.

Anlaşmaya əsasən, “Aerowingo” növbəti üç mövsüm ərzində klubun rəsmi səyahət tərəfdaşı (Official Travel Partner) olacaq.

Eyni zamanda, şirkətin loqosu komandamızın rəsmi oyun formalarının arxa hissəsinin aşağı bölməsində yer alacaq.

Əməkdaşlıq çərçivəsində “Aerowingo” klubun qış təlim-məşq toplanışlarının əsas tərəfdaşı kimi çıxış edəcək. Bununla yanaşı, tərəflər müxtəlif marketinq layihələrinin, rəqəmsal kommunikasiya kampaniyalarının və azarkeşlər üçün nəzərdə tutulan xüsusi təşəbbüslərin birgə həyata keçirilməsini təmin edəcəklər.

“Aerowingo” beynəlxalq aviabiletlərin, otellərin və digər turizm xidmətlərinin bronlaşdırılması üzrə fəaliyyət göstərən onlayn səyahət platformasıdır. Platforma fərdi istifadəçilərə, korporativ müştərilərə və turizm agentliklərinə geniş səyahət həlləri təqdim edir.

Shares: