Formula-1 üzrə 2 qat dünya çempionu olan “Aston Martin”in ispaniyalı pilotu Fernando Alonso 2026-cı il dünya çempionatının İspaniya – Argentina finalı ilə bağlı fikirlərini bölüşüb.
Təcrübəli sürücü hesab edir ki, finalda İspaniya yığması üçün ən çətin rəqib İngiltərə olardı.
Onun sözlərinə görə, argentinalılarla qarşılaşma da asan keçməyəcək, lakin ispanlar bu rəqiblə oynamağa daha nikbin yanaşırlar:
“Düşünürəm ki, İngiltərə daha güclü komanda idi. Ona görə də finalda ən çox İngiltərədən çəkinirdim. Argentina ilə oyunun asan olacağını deyə bilmərəm. Amma düşünürəm ki, İspaniyada Argentinanın finala çıxmasına sevinirlər, çünki bunun bir qədər asan olacağını hiss edirlər. Bununla belə, hesab edirəm ki, İngiltərə finala çıxmağa bir az daha çox layiq idi. Amma Messi problemdir”.
