“Aston Villa” heyətini İsveçrə millisinin yarımmüdafiəçisi Yohan Manzambi ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

20 yaşlı futbolçu Almaniyanın “Frayburq” klubundan Birmingem təmsilçisinə keçib.

Bu transfer üçün Almaniya klubuna 60 milyon avro ödənilib. Nəticədə bu, həm İsveçrə futbolu tarixində ən bahalı transfer, həm də “Aston Villa”nın rekord alışı olub.

Manzambi DÇ-2026-dakı uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb. O, İsveçrə millisinin 72 ildən sonra ilk dəfə dünya çempionatının 1/4 finalına yüksəlməsində mühüm rol oynayıb. Yarımmüdafiəçi mundialda keçirdiyi 4 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Lakin 1/8 final mərhələsi ərəfəsində məşq zamanı dizindən zədələndiyi üçün turniri erkən başa vurub.

Shares: