“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

Futbolinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Filipe Markesi transfer edib.

28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Filipe Markesin son klubu Portuqaliyanın “Amora” komandası olub.

Shares: