Futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda Fransa ilə matçda bərabərlik qolunu buraxmayan İngiltərə millisinin bəxti gətirib. Bunu ingilislərin baş məşqçisi Tomas Tuhel DÇ-2026-nın bürünc medalına sahib çıxdıqları oyundan sonra deyib.

Alman mütəxəssis qalib gəldikləri oyunu şərh edib: “Möhtəşəm birinci hissə, təlatümlü ikinci hissə – burada baş verənlər dörd oyuna bəs edərdi. Fiziki yükdən qorxurdum. Fransanın bizdən bir gün daha çox vaxtı var idi, daha az səyahət etmişdilər, daha çox dincəlmişdilər. Fiziki cəhətdən narahat idim, yorğunluğu və qıcolmaları görə bilərdiniz”.

“Bu komanda xüsusi bir şey yaratdı. Bərabərlik qolunu buraxmadığımız və işi iki qolla – penalti və mükəmməl bir qolla tamamladığımız üçün bəxtimiz gətirdi”, – o bildirib.

Qeyd edək ki, Fransanı məğlub edən (6:4) İngiltərə millisi 2026-cı il dünya çempionatında üçüncü yerin sahibi olub.

Shares: