Futbol üzrə dünya çempionatında üçüncü yer uğrunda matçda İngiltərəyə məğlub olan Fransa millisi üçün birinci hissə bərbad keçib. Bunu məğlubların baş məşqçisi Didye Deşam oyundan sonra deyib.

Mütəxəssis məğlub olduqları matçı şərh edib: “Aydındır ki, bu, məğlubiyyətdir. Birinci hissəni bərbad keçirdik. Amma yaxşı reaksiya verdik. Hesabı bərabərləşdirmək üçün iki şansımız var idi. 0:4-dən sonra 3 qol vurduq. Bundan sonra bir az fəallaşdıq və biz bunu etməyi bacarırıq. Təəssüf ki, günah məndədir, birinci hissədə lazım olanı etmədim”.

Qeyd edək ki, Deşam artıq Fransa milli komandasının baş məşqçisi postundan ayrılıb. Onun komandası DÇ-2026-da bürünc medal uğrunda matçda İngiltərəyə 4:6 hesabı ilə məğlub olub.

Shares: