Argentina millisinin hücumçusu Lionel Messi və İspaniya yığmasının forvardı Lamin Yamal 2026-cı il futbol üzrə dünya çempionatının final matçında start heyətində meydana çıxaraq turnir tarixində yaş rekordu müəyyənləşdiriblər.
Futbolinfo.az xəbər verir ki, dünya çempionatlarının final oyunları tarixində ilk dəfədir ki, start dəqiqələrindən meydana çıxan futbolçular arasında yaş fərqi 20 ildən çoxdur.
Cari turnir zamanı Messinin 39, Yamalın isə 19 yaşı tamam olub.
Yamal həm də dünya çempionatının final matçına start heyətində başlayan ən gənc üç futbolçudan biri olub.
İyulun 13-də 19 yaşı tamam olan ispan futbolçu Argentina yığmasına qarşı keçirilən görüşdə ilk dəqiqələrdən meydana çıxıb.
Dünya çempionatlarının finallarında daha gənc yaşda yalnız braziliyalı Pele (17 yaş 249 gün; 1958-ci il) və italiyalı Cüzeppe Berqomi (18 yaş 201 gün; 1982-ci il) oynayıb.
Əvvəllər bu göstərici üzrə üçüncü yerdə fransalı Kilian Mbappe qərarlaşırdı (19 yaş 207 gün; 2018-ci il). Lakin argentinalılara qarşı matçda İspaniya millisinin start heyətində yer alan müdafiəçi Pau Kubarsi də onu qabaqlayıb (19 yaş 178 gün).
