ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalından sonra mükafatlandırma mərasimi keçirilib.
Finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisinin futbolçuları qızıl, ikinci yeri tutan Argentina yığmasının üzvləri isə gümüş medallarla təltif olunublar. Mükafatları ABŞ prezidenti Donald Tramp, FIFA prezidenti Canni İnfantino, Kanadanın baş naziri Mark Karni, Meksika prezidenti Klaudiya Şeynbaum və digər rəsmi şəxslər təqdim ediblər.
Turnirin fərdi nominasiyaları üzrə də qaliblər müəyyənləşib. İspaniya millisinin yarımmüdafiəçisi Rodri mundialın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatına layiq görülüb. Komandanın qapıçısı Unai Simon turnirin ən yaxşı qolkiperi adına sahib çıxıb. İspaniya millisinin müdafiəçisi Pau Kubarsi isə dünya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.
