Kabo Verde millisinin futbolçusu Helio Varelanın “Qarabağ”a keçmək şansı azalıb.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv “Makkabi”sinin vingeri bu ölkəyə köçə bilər. Çünki “Samsunspor” 24 yaşlı sol cinah oyunçusunun transferində israrını davam etdirir. Samsunlular “Qarabağ” və “Srvena Zvezda”nın marağını nəzərə alaraq, həm İsrail klubu, həm də futbolçunun özü ilə danışıqları sürətləndirib.
Türkiyə klubunun əsas rəqibi məhz “Qarabağ” hesab olunur. Buna görə də Superliqa təmsilçisi “Makkabi”nin tələbini qarşılamağa hazırdır.
Qeyd edək ki, DÇ-2026-da Kabo Verdenin heyətində çıxış edən Helio Varelanın “Makkabi” ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.
