“Neftçi” bu həftə avrokuboklarda mübarizəyə qoşulacaq. Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Belarus təmsilçisi “Dinamo” ilə qarşılaşacaq.

Futbolinfo.az xəbər verir ki, Bakıda keçiriləcək ilk qarşılaşma öncəsi komandaların şansları dəyərləndirilib.

Mütəxəssislər yay fasiləsində heyətində ciddi dəyişikliklərə əl atan “Neftçi”ni cütün favoriti hesab edirlər. Belə ki, Minsk komandasının mərhələ adlamaq şansı cəmi 33 faiz göstərilib. “Neftçi”də isə bu, 67 faizdir.

Qeyd edək ki, iyulun 22-də keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 20:00-da başlayacaq.

Shares: