Azərbaycan klublarının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olur.

UEFA Avropa Liqasında çıxış edən “Qarabağ” III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşk Bakı vaxtı ilə saat 15:00-da atılacaq.

Ağdam klubu II təsnifatda Bolqarıstanın ÇSKA komandasını keçərsə, aşağıdakı komandalardan biri ilə üz-üzə gələcək:

“Şerif” (Moldova) – “Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi

“Şturm” (Avstriya) – “Harts” (Şotlandiya) cütünün məğlubu

“Fənərbağça” (Türkiyə) – “Qurnik” (Polşa) cütünün məğlubu

Shares: