Keçmiş mütləq ağır çəki dünya çempionu, məğlubedilməz ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasındakı son döyüşü üçün əsas namizədlərin adını açıqlayıb.
Usik bildirib ki, vida görüşünü ABŞ-də keçirmək və məşhur rəqiblərdən biri ilə üz-üzə gəlmək istəyir: “Mənə böyük ad lazımdır. İndi isə Zuffa var. Ola bilsin ki, Dana Uayt mənə təklif edər. Niyə də yox? Son rəqsim ABŞ-də, bəlkə də Nyu-Yorkdakı stadionlardan birində olacaq. Rəqibim məşhur ad olmalıdır. Kimləri belə hesab edirəm? Acgöz qarın (Tayson Fyurini nəzərdə tutur – red.) və Deontey Uaylder. Bəli, mənimlə döyüşə əsas namizədlər məhz bu ikisidir”.
