Rumıniya çempionatında 7-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynovun şərəfini qoruduğu “Petrolul” səfərdə “Universitatya”nın (Kluj) qonağı olub.

Gərgin keçən duel həmyerlimizin kollektivinin qələbəsi ilə yekunlaşıb – 3:2.

Azərbaycan millisinin üzvü də bu qarşılaşmada şans qazanıb. Görüşə ehtiyat oyunçular skamyasından başlayan arxa xətt oyunçumuz 81-ci dəqiqədə meydana çıxıb.

Səfərdən 3 xalla dönən “Petrolul” xallarının sayını 12-ə çatdıraraq turnir cədvəlində ikinci sıraya irəliləyib.

Shares: