Azərbaycanın stolüstü tennisçisi Mehin Mirzəbalayeva Fransanın Strasburq şəhərində keçirilən “Euro Mini Champs” yarışında finala yüksəlib.

Futbolinfo.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, 2014-cü il təvəllüdlü idmançıların mübarizəsində çıxış edən idmançı ilk 3 mərhələni lider kimi başa vurub.

O, 1/8 finalda Moldova, 1/4 finalda isə Fransa idmançılarına qalib gələrək yarımfinala addımlayıb. M.Mirzəbalayeva bu mərhələdə İsveçrə təmsilçisini 3:0 hesabı ilə üstələyərək həlledici görüşə vəsiqə qazanıb.

Stolüstü tennisçi finalda Latviya idmançısı ilə qarşılaşacaq.

Shares: