Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti qolunu vurub.
Futbolinfo.az xəbər verir ki, 29 yaşlı hücumçu Polşa çempionatının 6-cı turunda “Yagelloniya”ya qarşı keçirilən ev oyununda fərqlənib.
Hücumçu 23-cü dəqiqədə komandasını hesabda önə keçirib – 1:0. Lakin görüşün sonrakı gedişində “Yagelloniya” 5:2 hesablı qələbəyə sevinib.
Mahir Emreli bu il iyulun 17-də “Rakuv”a keçib. Bu, onun yeni komandasında beşinci qolu olub.
