Fransada 18 yaşlı cinayətkar qrup rəhbərinin Kilian Mbappeni oğurlamağı planlaşdırdığı üzə çıxıb.

“Le Parisien” qəzetinin məlumatına görə, Klemən L. adlı şəxs apreldə polis tərəfindən saxlanılıb. Onun rəhbərlik etdiyi qrupun qarət, adam oğurluğu və oğruluqla məşğul olduğu bildirilir.

İstintaq zamanı qrupun oğurlamağı planlaşdırdığı şəxslərin siyahısı da aşkarlanıb. Siyahıda ümumilikdə 26 potensial qurbanın olduğu, onların arasında Fransa millisinin və “Real”ın futbolçusu Kilian Mbappenin, tanınmış repçinin və iri şirkət rəhbərlərinin də yer aldığı qeyd edilir.

Klemən L. hazırda təcridxanada təkadamlıq kamerada saxlanılır. Onun ehtimal olunan şəriki isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.

Shares: