İspaniyanın “Elçe” klubu “transfer pəncərəsi”nin son günündə heyətinə 4 futbolçu cəlb edib.
Futbolinfo.az xəbər verir ki, La Liqa təmsilçisi “Atletiko”nun (Madrid) yarımmüdafiəçisi, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olmuş Tomas Lemarın icarəyə götürüldüyünü açıqlayıb.
Bundan əlavə, “Elçe” üç müdafiəçi ilə müqavilə imzalayıb. Klub “Espanyol”dan Ruben Sançesi, İsrailin “Makkabi” (Təl-Əviv) kollektivindən Roy Revivonu və Argentinanın “Atletiko İndependyente” komandasından Kevin Lomonakonu transfer edib.
Qeyd edək ki, “Elçe” ötən mövsüm İspaniya çempionatını 15-ci pillədə başa vurub. La Liqanın cari mövsümündə isə komanda 3 turdan sonra 1 xal toplayıb və turnir cədvəlində 19-cu sırada qərarlaşıb.
