Dünya futbolu

Premyer Liqada transfer rekordu – 3,46 milyard

PL2627 VOTE BEST SUMMER SIGNING 16x9 1 - Futbolinfo.az

İngiltərə Premyer Liqası klubları yay transfer pəncərəsində xərclənən ümumi məbləğ üzrə yeni liqa rekorduna imza atıblar.

Klublar bu yay transferlərə ümumilikdə 3,46 milyard funt-sterlinq xərcləyib ki, bu da 2025-ci ildə qeydə alınmış 3,14 milyard funt-sterlinqlik əvvəlki rekordu üstələyib.

Transfer pəncərəsinin son günündə isə Premyer Liqa klubları 475 milyon funt-sterlinq xərcləyib. Yayın ən bahalı transferi isə Enzo Fernandesin “Çelsi”dən “Mançester Siti”yə 125 milyon funt-sterlinqə keçidi olub.

Shares: