Digər idman növləri

“Monako”nu “Bosna” əvəz etdi

9f63ca32 31cb 4a9d ac7a 0bf537bcd042 - Futbolinfo.az

Bosniya və Herseqovinanın “Bosna” klubu “Monako”nun basketbol üzrə Avrokubokdakı yerini tutub. Monakolu klub maliyyə problemləri səbəbindən turnirin tələblərini yerinə yetirə bilməyib.

Sarayevo təmsilçisi üçün bu, gözlənilməz fürsət olub. “Bosna” əvvəlcə ümumiyyətlə avrokuboklarda iştirak etməyi planlaşdırmırdı.

“Monako”nun yeri “Bosna” ilə yanaşı İspaniyanın “Unikaxa” klubuna da təklif olunub. Lakin 2016/17 mövsümündə turnirin qalibi olan Malaqa klubu dəvətdən imtina edib.

“Unikaxa” bundan sonra da  Çempionlar Liqasında çıxışını davam etdirəcək.

Shares: