Azərbaycanda təşkil ediləcək U-15-lər arasında dünya çempionatının daha bir iştirakçısı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, Honduras yığması da ölkəmizdəki turnirə qatılacaq.
Belə ki, Honduras Futbol Federasiyası FIFA-nın mundialla bağlı dəvətini qəbul etdiyini açıqlayıb. Yığmanın heyətini formalaşdırmaq üçün ölkə daxilində yerləşən 11 Texniki Təlim Mərkəzində gənclərlə çalışan İstedad İnkişafı Sxemi proqramının bir hissəsi olan oyunçular arasından istedadlar seçiləcək.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı oktyabrın 22-31-i aralığında keçiriləcək.
