Ötən ay “Şamaxı”dan ayrılan tanzaniyalı yarımmüdafiəçi Alfonso Msanqanın yeni klubu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı futbolçu karyerasını Əlcəzairdə davam etdirəcək.
Tanzaniya millisinin üzvü Əlcəzairin nəhəng klublarından sayılan “Kabilie” ilə müqavilə imzalayıb. “Kabilie”yə azad agent kimi keçən Msanqanın bu qərarı sürətlə inkişaf edən karyerasında daha bir mühüm addım kimi qiymətləndirilib.
Orta sahə oyunçusu yeni komandası ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Alfonse Msanqa ötən ilin yanvarından bu yaya qədər “Şamaxı”nın formasını geyinib.
