“Qarabağ” və “Zirə”nin futbolçuları eyni milli komandaya dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, ağdamlıların müdafiəçisi Bruno Lanqa və Bakı təmsilçisinin yarımmüdafiəçisi Rikardo Gimaraeş Mozambik yığmasına çağırılıblar.
Onlar Afrika Millətlər Kubokunun seçmə mərhələ oyunları üçün dəvət edilən 41 nəfərlik geniş siyahıda yer alıblar. Mozambik yığması final mərhələsinə vəsiqə uğrunda Seneqal, Sudan və Efiopiya ilə eyni qrupda mübarizə aparacaq.
Seçmə mərhələyə sentyabrın 21-də start veriləcək.
