“Zirə”nin daha bir transferi dəqiqləşib.

Futbolinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, həmin ölkədə çıxış edən Ktatau (tam adı – Talysson Moreira Reis – red.) qəsəbə təmsilçisi ilə müqavilənin bütün şərtlərini razılaşdırıb.

Premyer Liqa komandası 25 yaşlı braziliyalı yarımmüdafiəçinin transferi məsələsində klubu “Şaves”lə də ortaq məxrəcə gəlib. Anlaşmaya əsasən, “Zirə” Ktatau qarşılığında qarşı tərəfə 100 min avro ödəyəcək.

Oyunçunun tezliklə Azərbaycana gələrək yeni komandası ilə 3 illik müqavilə imzalayacağı bildirilib.

Qeyd edək ki, orta sahədə çıxış edən Ktatau 2024-cü ildən “Şaves”in formasını geyinib.

Shares: