“Mançester Siti” “Everton”un cinah hücumçusu İliman Ndiayeni transfer edib. 26 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.
Daha əvvəl mətbuatda “şəhərlilər”in Seneqal millisinin üzvü üçün bonuslar da nəzərə alınmaqla 65 milyon funt-sterlinq (76 milyon avro) ödəyəcəyi bildirilirdi.
Ndiaye 2024-cü ilin yayından “Everton”da çıxış edirdi. O, bu müddətdə bütün turnirlərdə 74 matçda iştirak edib, 17 qol vurub və 4 məhsuldar ötürmə verib. Seneqal millisində isə 43 oyun keçirən hücumçu 5 qol, 8 məhsuldar ötürmə ilə seçilib.
