Premyer Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” ilə oyunun biletləri bu gün saat 12:00-dan etibarən satışda olacaq.

Futbolinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5–20 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn
satışda olacaq.

Oyun günü isə azarkeşlər biletlərini stadionun kassalarından və ya iTicket.az-dan əldə edə bilərlər.

Sentyabrın 6-da keçiriləcək “Qarabağ” – “Araz-Naxçıvan” oyununa 20:15-də start veriləcək.

Shares: