Əfsanəvi kanadalı sabiq hokkeyçi Mario Lemye və onun tərəfdaşı Ron Berkl Milli Hokkey Liqasında mübarizə aparan “Pitsburq” klubunda sahib olduqları bütün səhmləri satıblar.

Bununla da 1999-cu ildən “Pinqvins”in investorları sırasında olan 60 yaşlı Lemye klubun səhmdarları sırasından çıxıb. Həmin vaxt o, klubun müflis olmasının qarşısını almışdı və növbəti iki onillik ərzində Berklla birlikdə “Pitsburq”un əsas sahiblərindən biri olub. Onların rəhbərliyi dövründə klub üçün yeni arena tikilib, 2021-ci ildə isə nəzarət səhm paketi 900 milyon dollara FSG qrupuna satılıb.

2025-ci ildə Lemye və Berklin klub üzərində nəzarəti geri qaytarmaq istədikləri bildirilsə də, sonda FSG “Pitsburq”u “Hoffmann Family” qrupuna 1,75 milyard dollara satıb və Hoffmann ailəsinin nümayəndələri Lemyenin istədiyi istənilən vəzifədə klubun fəaliyyətində iştirak etməsini arzuladıqlarını açıqlayıblar.

Shares: