Dünya futbolu
FİFA prezidentliyinə 5-ci namizəd
FİFA prezidenti postuna növbəti şəxs namizədliyini irəli …
FİFA prezidenti postuna növbəti şəxs namizədliyini irəli sürüb. Futbolinfo.az xəbər verir ki, Hollandiya Futbol İttifaqının (KNVB) prezdenti Maykl van Praaq da may ayında baş tutacaq seçkilərdə iştirak edəcək.
Van Praaq namizədliyini bu gün təsdiqləyəcək. O, FİFA-nın futbola yönəlməsinin vacibliyini qeyd edərək, bu səbəbdən namizəd olmaq istədiyini bildirib. KNVB baş katibi Bert van Ostveen isə ümumdünya futbol qurumunun əvvəlki imicini qaytarması üçün Van Praaqın düzgün sima olduğunu vurğulayıb.
FİFA prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı yanvarın 29-da başa çatacaq. Artıq hazırki president Yozef Blatterlə yanaşı daha 3 namizəd – Əli bin Əl-Hüseyn, Jeroma Şampan, David Jinolanın seçkilərdə iştirak edəcəyi məlumdu.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?