Dünya futbolu
Rəqibini boğan futbolçuya ağır cəza
İtaliya futbol federasiyasının İntizam Komitəsi "Milan"…
İtaliya futbol federasiyasının İntizam Komitəsi "Milan"ın fransalı müdafiəçisi Filipp Meksesin cəzasını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, 4 oyunluq diskvalifikasiya olunub.
Belə ki, ötən həftə sonu A Seriyasında "Latsio" ilə (1:3) qarşılaşmada rəqib futbolçu Stefano Mauriyə qarşı kobudluq edən Meksesi komitə bağışlamayıb. Bununla da, müdafiəçi "Parma", "Yuventus", "Empoli" və "Çezena" ilə oyunlarda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Mekses "Latsio" ilə matçda ona qarşı kobudluq edən Maurini boğazından tutmuş, daha sonra isə qarşılqlıq yaratmağa cəhd göstərmişdi. Bunun nəticəsində də meydandan qovulmuşdu.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”