Ölkə futbolu
3-cü liqa klubu futbolçumuzu məyus etdi
Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilib. Futboli…
Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti matçında çıxıb.
PTT 1-ci Liqa təmsilçisi səfərdə 3-cü liqa klubu “Tuzlaspor”la üz-üzə gəlib. Oyun qonaqların 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Ehtiyat oyunçular skamyasında əyləşən futbolçumuz 46-cı dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, A qrupunda yer alan Qaziantep təmsilçisi hazırda 1 xalla qrup sonuncusudu.