Dünya futbolu
Kuadrado rəsmən “Çelsi”də
"Çelsi" "Fiorentina"nın yarımmüdafi?…
"Çelsi" "Fiorentina"nın yarımmüdafiəçisi Xuan Kuadradonun transferini rəsmən elan edib. Futbolinfo.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, Kolumbiya millisinin futbolçusu London təmsilçisi ilə 4,5 illik müqaviləni imzalayıb. Kuadrado keçidi ilə bağlı bunları deyib: "Böyük kluba keçdim. Mən çox şadam və transferim üçün təşəkkür edirəm. "Çelsi"yə transfer – bu, xəyalların reallaşmasıdı. Bilirəm ki, məşqçi mənə inanır".
Qeyd edək ki, “Çelsi” Kuadradonu “Volfsburq”a satdığı Andre Şürllenin əvəzləyicisi kimi transfer edib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…