Dünya futbolu
Yeni klubu Eto`Onu cəzalandıracaq
"Sampdoriya"nın "Everton"dan transfer etdiyi h&uu…
"Sampdoriya"nın "Everton"dan transfer etdiyi hücumçu Samuel Eto`O yeni komandasında aləmi bir-birinə qatıb. Futbolinfo.az xəbər verir ki, A Seriyasının son turunda səfərdə "Torino"ya 1:5 hesabı ilə uduzan "Sampdoriya"nın baş məşqçisi Sinişa Mihayloviç cəza olaraq komandanı bir gündə iki məşqə çıxarıb.
Lakin səhər məşqinə qatılan kamerunlu futbolçu ikinci məşqə çıxmaqdan imtina edib və klubun bazasını özbaşına tərk edib. Onun bu hərəkətinə görə cəzalandırılacağı gözlənilir.
"Mediaset"ə danışan Mihayloviç bunları deyib: "Müzakirə üçün iki insanın danışması lazımdı. Bu hadisədə hər şeyi Eto`O özü etdi və getməyi seçdi. Mənə və bütün komandaya hörmətsizlik etdi. Klubun necə bir qərar verəcəyini bilmirəm".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…