Ölkə futbolu
Sadıq Sadıqova etibar qalmayıb
“Xəzər Lənkəran”la vacib oyun öncəsi “Neft…
“Xəzər Lənkəran”la vacib oyun öncəsi “Neftçi” düşərgəsində ab-hava xoşagələn deyil. Hamının uğursuz nəticələrə görə günahkar axtardığı komandada əsas problem maliyyə ilə bağlıdı.
Belə ki, Bakı klubunda artıq 4 aydı maaşlar verilmir. Bu səbəbdən futbolçular da oyunlara ciddi yanaşmır, həvəssiz məşq edirlər.
Əvəzedici komandaya göndərilən Ernest Nforun da problemi bununla bağlıdı. Maaş almadığı üçün məşqlərə barmaqarası yanaşan əcnəbini baş məşqçi Arif Əsədov məhz buna görə cəzalandırıb. Hücumçunun kiminləsə dalaşdığı haqda xəbərlər doğru deyil. Sadəcə, o, pulsuzluğa özünəməxsus formada etiraz edib və cəzasını alıb.
“Neftçi”də maaşların yubanması isə birbaşa Sadıq Sadıqov amili ilə bağlıdı. Klubun sponsorları milyonları dağıdan prezidentə daha inanmır, etibar etmirlər. Bu səbəbdən onun bezib, getməsi üçün maddi sıxıntı yaradırlar. Sadıqovu qovub, hörmətsiz etmək istəmir, özünün gedəcəyi günü gözləyirlər. Sadıq bəy isə öz işindədi, ac futbolçulardan nəticə tələb edib, postundan əl çəkmək istəmir. Belədə zərbə də kluba dəyir.