Dünya futbolu
Bekhemdən xeyirxah addım
Ötənlərin məşhur futbolçusu Devid Bekhem xeyirxah əm?…
Ötənlərin məşhur futbolçusu Devid Bekhem xeyirxah əməli ilə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted” və Madrid “Real”ının keçmiş yarımmüdafiəçisi UNİCEF-in xətti ilə ehtiyacı olan və xəstəlikdən əziyyət çəkən uşaqlara yardım kampaniyasına qoşulmağa qərar verib:
“Önümüzdəki illərdə UNİSEF ilə əməkdaşlıq etmək və uşaqlara yardımçı olmağı plaşdırıram. Futbolçu karyeramı artıq bitirmişəm. Buna görə də, indi daha çox boş vaxtım var. Həmin vaxtımı xeyriyyə işlərinə sərf etmək istəyirəm. İstəyirəm ki, övladlarım ataları ilə fəxr etsinlər”.