Premyer-liqa
Məmmədov: "Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular"
Bu gün Topaz Premyer Liqasında 21-ci tura yekun vurulur. Futboli…
Bu gün Topaz Premyer Liqasında 21-ci tura yekun vurulur. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" səfərdə "Bakı" ilə 0:0 bərabərə qalıb.
Biləcəridəki oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Aqil Məmmədov səfərdəki heç-heçəni belə şərh edib:
“Oyundan çox narazıyam. Bəzi oyunçulardan ümumiyyətlə narazıyam. Biz uduzmalı idik, sadəcə, bəxtimiz gətirdi. “Bakı”nı isə sərgilədiyi oyuna görə təbrik edirəm. Müdafiəçilər və qapıçıdan başqa bütün oyunçular dəyişilməli idi. Çox sayda oyunçumuz zəif təsir bağışladı. Yeni oyunçuların heyətə cəlb olunmasını mən də istəyərəm. Amma bunun üçün imkanların olması vacibdi. Hazırkı heyət üzvləri ilə ciddi söhbət mütləq olmalıdı”.
(pfl.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”