Ölkə futbolu
Quluzadə oynadı, komandası biabır oldu
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 27-c…
Portuqaliya çempionatının 2-ci Liqasında (Segunda Liga) 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi "Atletiko" səfərdə “Gimaraynş B” ilə üz-üzə gəlib.
Oyun qonaqların 0:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Ötən turlarda da forma şansı əldə edə bilməyən Quluzadə isə oyunun 79-cu dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Atletiko" hazırda 27 xalla 20-ci yerdə qərarlaşıb.