Premyer-liqa
Qriqorçuk: "Hələ heç nə itirməmişik"
Bu gün Topaz Premyer Liqasının 22-ci turun oyunları keç…
Bu gün Topaz Premyer Liqasının 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma azarkeşləri önündə "Neftçi"yə 1:3 hesabı ilə uduzub.
Qəbələdə baş tutan oyundan sonra keçirilən mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
"İlk hissədə sərgilədiyimiz oyuna görə məğlub olmalı deyildik. Mendinin ilk hissədəki epizodu qolla yekunlaşa bilərdi. Bu da nəticəyə təsir edə bilərdi. Əvvəlki məşqçinin nə etdiyi maraqlı deyil. Gətirdiyim futbolçular oyun boyu pis təsir bağışlamadı. Qol epizodlarımız oldu. Ancaq bundan istifadə edə bilmədik. Futbolçuların qiyməti barədə danışmaq istəmirəm. Düzü, "Qəbələ"nin pis oynadığını düşünmürəm. Yaxşı nəticə qazanmaq üçün çox çalışırıq. Neçə turdan sonra qara zolaqdan çıxacağımızı demək mənim üçün çox çətindi. Hər halda necə oynamaq lazəm olduğunu yaxşı bilirəm. İnanıram ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq. Hələ heç nə itirməmişik. Bəxtiyar Soltanov qeyd etdiyiniz kimi, bəlkə də, ilk dəfə cinah müdafiəçisi kimi çıxış etdi. Fikrimcə, pis təsir bağışlamadı. Əksər epizodlarda dügün qərar verdi".
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç