Dünya futbolu
Ağayevin klubunun "Qalatasaray" arzusu
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıx…
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" Türkiyə kubokunun 1/4 finalında Superliqa təmsilçisi "Sivasspor"la qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Kayseri təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rıfat Pəhlivan "Sivasspor"u məğlub edəbiləcəklərlinin söyləyib:
"Püşkatmadan razıyam. "Sivasspor"u məğlub edərək, yarımfinala vəsiqə qazanmaq istəyirik. Məğlub edəbiləcəyimiz bir komandadı. Düzdü, "Sivasspor" yaxşı komandadı, ancaq biz özümüzə güvənirik. İki qonşu şəhərin qarşılaşmasında gülən tərəfin "Kayserispor" olacağına inanıram".
Pəhlivan yarımfinalda "Qalatasaray"la qarşılaşmaq istədiyini də vurğuladı: "Əslində "Qalatasaray"la qarşılaşaraq, kubokda "Fənərbaxça" və "Beşiktaş"ın ardından onları da Kayseriyə gətirmək istəyirdik, amma olmadı. İnşallah, "Sivasspor"u məğlub edib, "Qalatasaray"la qarşılaşarıq".
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları martın 3, 4, 5-də, cavab görüşləri isə martın 7, 8, 9-da baş tutacaq.