Dünya futbolu
Van Qaldan uzunmüddətli layihə
"Mançester Yunayted"in baş məşqçisi Lui va…
"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal uzun illər "mankunyanlar"a xidmət etmək fikrindədi. Futbolinfo.az xəbər verir ki, o, klubla olan müqaviləsini 5 il müddətinə uzatmaq istəyir.
Bu haqda "The Mirror" məlumat yayıb. Hollandiyalı mütəxəssis 7 aydı klubda çalışmasına baxmayaraq, artıq MY haqda qəti qərarını verib. Van Qal Qleyzer ailəsi ilə görüşüb və onlara 2020-ci ilə kimi olan planını təqdim edib. Klub sahibləri planı bəyəniblər və LVG-yə əlavə 2 illik müqavilə təklif etməyə hazırdılar.
Lui van Qal "Mançester Yunayted"in karyerasındakı son komanda olmasını istəyir.