I Liqa
AFFA 1-ci divizion klubuna texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan 1-ci divizionunun 17-cı tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Zirə” ilə oyunda – “Kəpəz”in futbolçusu Ramil Həşimzadə turu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib və 500 manat cərimə kəsilib.
“Neftçala” – “Turan-Tovuz” matçının 34-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Fərmayıl Əliyev qolu vurduqdan sonra təhqiredici jest etməsinə görə 3 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Ağsu” – “Qaradağ Lökbatan” matçının 76-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun məşqçisi Araz Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub. Həmin oyunun 90-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Ruslan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Mil-Muğan” – “Şəmkir” matçının 21-ci dəqiqəsində “Mil-Muğan” klubunun futbolçusu Bayram Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 20 manat məbləğində cərimə kəsilib.
(pfl.az)
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü