Milli komanda
Millimizə qarşı milliləşdirilmiş futbolçu
Malta yığması nigeriyalı hücumçu Alfred Effiyonqu mill…
Malta yığması nigeriyalı hücumçu Alfred Effiyonqu milliləşdirib. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı forvard Maltanın "Qormi" klubunda çıxış edir.
O, milliləşdirilməsi ilə bağlı açıqlama verib: "Malta vətəndaşlığı almaq üçün müraciət etdim və qəbul olundu. 10 ildi ki, burada yaşayıram, həyat yoldaşım da maltalıdı. Təbii ki, Malta millisində oynamaq istəyərəm. Bu, mənim üçün şərəfdi. Milliyə hər zaman kömək etməyə hazıram. Maltanın yaxşı futbolçuları var".
Oyunçunun milləşdirilməsi ilə bağlı "Qormi" klubunun prezidenti Redono Apap Effiyonqun Malta millisinə kömək olacağını vurğulayıb: "Alfred Effiyonq güclü futbolçudu. O, Malta millisinə kömək edə bilər. Millimizin baş məşqçisi Pietro Qedin Effiyonqu milliyə dəvət etsə, çox yaxşı olar".
Malta millisinin baş məşqçisi Pietro Qedinin Alfred Effiyonqu milliyə dəvət edəcəyi gözlənilir. Çünki millinin əsas futbolçusu Maykl Mifsud cəzaladı. Belə olan halda Alfredin Malta millisinə çağırılacağı ehtimalı artır. Effiuyonqun Malta millisinin martın 25-i Gürcüctanla oynayacağı Beynəlxalq yoldaşlıq görüşündə debüt edəcəyi bildirilir.
Qeyd edək ki, AÇ-2016-ın təsnifat mərhələsinin H qrupunun 5-ci turunda Azərbaycan – Malta matçı martın 28-də, “Bakcell Arena” stadionunda keçiriləcək.