Premyer-liqa
Biləcəridəki qalmaqalla bağlı qərar açıqlandı: "Bakı"ya ağır cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 26-cı turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.
Belə ki, “Bakı” – “Simurq” matçında ev sahibi komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Bakı”nın məşqçisi Muarem Zekir hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimə olunub.
Komitənin iclasında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları ilə bağlı da cəzalar açıqlanıb. Belə ki, AZAL – “Neftçi” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. “Simurq”la oyunda isə “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
(affa.az)
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”