Dünya futbolu
Xavinin yeni iş yeri bəllidi
"Barselona"nın yarımmüdafiəçisi Xavi Hernande…
"Barselona"nın yarımmüdafiəçisi Xavi Hernandes karyerasını Qətərdə davam etdirəcək. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu növbəti mövsümdən "Al-Sadd" klubunda oynayacaq.
İspaniya mətbuatının yazdığına görə, tərəflər artıq 3 illik müqaviləni razılaşdırıblar. Xavinin yeni komandasında ildə 10 milyon avro qazanacağı deyilir.
Məlumatda o da bildirilir ki, Xavi həmçinin DÇ-2022-yə ev sahibliyi edəcək Qətərin milli komandasının məsləhətçisi olacaq və məşqçi kurslarına başlayacaq.