Dünya futbolu
Terim: "Udsaq belə, türk futbolu problemdən qurtulmayacaqdı"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim AÇ-…
Türkiyə millisinin baş məşqçisi Fatih Terim AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Hollandiya ilə bərabərə qaldıqları matçdan sonra açıqlama verib – 1:1. Futbolinfo.az xəbər verir ki, qələbəni son dəqiqələrdə buraxılan qolla əldən verən “ay ulduzlular”ın çalışdırıcısı bu matçın heç nəyi həll etmədiyini deyib:
"Son saniyələrdə qələbəni əldən versək də, bu, taleyimizi həll edən nəticə deyildi. Bu gün udsaq belə, türk futbolu problemlərdən qurtulmayacaqdı. Məğlub olsaq da, türk futbolu batmayacaqdı. Bu gün türk futbolçusunun fiziki və mental vəziyyətini Hollandiyanı analiz edərək tənzimlədik. Çox doğru şeylər etdik. Bəlkə də mənim tərzim deyildi, amma bu da başqa bir tərzdi. Həm iqtisadi, həm də psixoloji olaraq belə oynamaq məcburiyyətindəyik. Dünya üçüncüsü ilə səfərdə qarşılaşdıq. Özü də Superliqanın yaxşı olmayan günlərində bunu etdik. Amma bu gecə haqqımız 3 xal idi”.