Bizi izləyin

Milli komanda

Qələbəyə aldanmayaq

AÇ-2016-nın seçmə mərhələsi çərçivə…

blank
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Malta yığması ilə oyundan bir gün öncə millimizin üzərində istər media, istərsə də azarkeşlər tərəfindən təzyiqlərin olması başadüşülən idi. Çünki seçməmizin sabiq baş məşqçisi Berti Foqts yığmamızı elə bir günə salmışdı ki, hətta cırtdan ölkələrin milliləri ilə görüşdə qələbə qazanacağımıza şübhə ilə yanaşırdıq.
Düzü, oyun ərəfəsində yığma komandanın düşərgəsində ab-hava elə də yüksək deyildi. Seçmə mərhələdə ardıcıl qeydə alınan 4 məğlubiyyət futbolçular üzərində psixoloji gərginlik yaratmışdı. Hətta ötən gecəki matçda qeydə alınacaq heç-heçə belə onları tənqid hədəfinə çevirəcəkdi, bundan sonra artıq milliyə heç kimin inamı qalmayacaqdı.
Qarşılaşma öncəsi yığmamızın baş məşqçisi Robert Prosineçkini qınayanlar da az deyildi. Xorvatiyalının rəsmi debüt matçında ölkə futbolunun flaqmanı “Neftçi”dən bir nəfərə belə güvənməməsi, əvəzində isə oyun praktikasından əziyyət çəkən Vaqif Cavadov, Ruslan Qurbanov və Emil Balayevə dəvət göndərməsi bir qədər təəccüblə qarşılanmışdı. Oyundan bir gün öncə təşkil olunmuş mətbuat konfransında Prosineçki tərəfindən Malta millisinə qarşı ilk dəqiqələrdən hansı futbolçuların çıxış edəcəyini açıqlaması hər nə qədər yenilik olsa da, “Qarabağ”ın gənc üzvü Namiq Ələsgərova əsas heyətdə şans verilməsi də gözlənilməz idi. Dəqiq olan o idi ki, bu dəfə dövlət himnimizi 11 futbolçunun hamısı oxuyacaqdı.
Prosineçkinin də dediyi kimi, oyunun ilk dəqiqələrində qol vurmaq işimizi asanlaşdıracaqdı və belə də oldu. Milli təcrübəsi olmayan Ələsgərovun sağ cinahdan havalandırdığı topu Cavid Hüseynov baş zərbəsi ilə Endryu Hoqqun qoruduğu qapıdan keçirdi. Mərkəzi arenaya toplaşan tamaşaçıları bir də “qol” deyib qıqşırmaq üçün 91 dəqiqə gözləməli oldu. Oyunun sonradan daxil olan Dmitri Nazarov seçmə mərhələdə ikinci qolunu Malta millisinə vurdu.
Amma buna qədər maltalılar da sakit dayanmırdı. İkinci hissənin sonlarına yaxın küncdən zərbə zamanı Arif Daşdərmirovun kobud səhvi ürəyimizi ağzımza gətirdi. Həmin epizodda top dirəyə dəyməyib, birbaşa qapıya getsəydi, millimizin üzvlərinin özündə güc tapıb yenidən hücuma atılması çox çətin olacaqdı. Yaxşı ki, bu dəfə idman xoşbəxtliyi seçməmiz tərəfdə oldu və oyun 2:0 hesablı qələbəmizlə başa çatdı.
Düzdü, Malta yığması üzərində qazanılan qələbə Prosineçkinin işinə qiymət vermək üçün yetərli deyil. Xorvatiyalının millimizlə bağladığı 3 illik müqavilə müddətində hansı işləri görəcəyinə şahidlik etmək üçün zamana ehtiyac var. Bu müddət ərzində legioner həyatı yaşayan futbolçularımız öz klublarında mütamadi olaraq çıxış etsələr, Prosineçkinin işi bir qədər asanlaşa bilər. Nəzərə alaq ki, əvvəllər seçməmizin əsas heyətində meydana çıxan Vaqif Cavadov, Mahir Şükürov bu dəfə ehtiyyatda qalmışdı. Son illərdə ürəkaçan futbol sərgiləməyən Ruslan Abışov da onların sırasında idi. “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov qala-qala axırıncı dəfə 2010-11-ci illərdə yaxşı oyun nümayiş etdirən Əfran İsmayılovun meydanda ilk dəqiqələrdən olması isə sual doğuran məqamlardandı. İsmayılovun faydalı iş əmsalının sıfıra bərabər olması, Arif Daşdəmirovun da tez-tez top itkilərinə yol verməsi sol cinahın zəif təsir bağışlaması ilə nəticələndi.
Qələbə zəif komanda üzərində olsa da, hər halda şirindi. Amma bu, bizi aldatmalı deyil. Nəzərə alaq ki, qarşıda millimizi daha çətin sınaqlar gözləyir. Həmin sınaqlardan üzüağ çıxmaq üçün isə hərtərəfli hazır olan futbolçulara ehtiyac var. Ötəngünkü qarşılaşma göstərdi ki, bu milli ilə Norveç yığması qarşısında bizə sərf edən nəticəni qazanmaq qeyri-mümkündü. Onu da qeyd etmək lazımdı ki, Malta ilə oyun Prosineçki üçün həm də yoxlama oyun xarakteri daşıdı. Ən azından milliyə dəvət etdiyi futbolçuları iş başında görmüş oldu. Yəqin ki, yaxşılarla yanaşı, özünü doğrultmayan futbolçuları da öz yaddaşına köçürdü. Növbəti oyunda heyətdə ciddi dəyişikliklər olsa, heç də təəccüblənməli deyilik. Hər halda milliyə yeni nəfəs gəldiyinin fərqindəyik. Biz gördüyümüz çatışmazlıqları Prosineçki də görməsə, yeni-yeni sevməyə başladığımız Prosineçki ilə münasibətləri korlamış olacağıq. Biz isə bunu istəmirik, cənab Prosineçki!
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm