Dünya futbolu
Kasilyas üçün danışıqlar başladı
Madrid “Real”ı yayda qapıçısı İker Kasilyasla …
Madrid “Real”ı yayda qapıçısı İker Kasilyasla yollarını ayırmaq fikrindədi. Futbolinfo.az xəbər verir ki, bu barədə yerli ESPN nəşri yazıb.
Qapıçının meneceri artıq rəhbərliklə kompensasiya məbləği haqda danışıqlara başlayıb. Yazılanlara görə meneceri “hazırki vəziyyətə görə Kasilyasın yayda klubu tərk etməsi qaçılmazdı” ifadəsini işlədib.
Qeyd edək ki, 33 yaşlı qolkiper "Real" klubunun yetirməsidi. O, 2000-ci ildən İspaniya millisində çıxış edir.